Bakı. Trend:
Azərbaycanlı gimnastlar Zöhrə Ağamirova və Kamilla Seyidzadə Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokunda çıxış edəcəklər.
Bu barədə Azərbaycan Gimnastika Federasiyasından Trend-ə bildiriblər.
Zöhrə Ağamirova və Kamilla Seyidzadə böyüklər arasında fərdi proqramda çıxış edəcəklər.
Qeyd edək ki, bədii gimnastika üzrə Avropa Kuboku 3-5 may tarixlərində Milli Gimnastika Arenasında keçiriləcək. Yarışlar yeni formatı ilə fərqlənəcək. Bədii gimnastika üzrə Avropa Kubokunda dünyanın 37 ölkəsindən nümayəndə iştirak edəcək.
(Tərcümə: Rəna Əbdürəhmanova)