...

Abdullah Zubir adının xarici klublarla hallanmasına cavab verib

İdman Materials 1 May 2024 16:42 (UTC +04:00)
Abdullah Zubir adının xarici klublarla hallanmasına cavab verib

Bakı. Trend:

“Qarabağ”ın futbolçusu Abdullah Zubir xarici klublardan birinə keçmək ehtimalına münasibət bildirib.

Trend xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi İdman.biz-ə açıqlamasında son zamanlar Fransa mətbuatında adının bir sıra xarici klublarla yanaşı hallanması haqda danışmaq istəməyib.

O bildirib ki, bu haqda danışmaq üçün mövsümün sonunu gözləmək lazımdır: “Bu barədə danışmaq düzgün olmaz. Fikrimcə, heç bir futbolçu mövsümün gedişində bu barədə danışmaq istəməz. Hansısa bir klubun dəvəti barədə mövzuya fikir bildirmək istəmirəm”.

Qeyd edək ki, 2018-ci ildən “Qarabağ”da çıxış edən Zubirin müqaviləsi cari mövsümün sonunda başa çatacaq. Ağdam klubu ona iki illik yeni anlaşma təklif etməyi planlaşdırır.

Xəbər lenti

Xəbər lenti