Bakı. Trend:
Türkiyənin xüsusi xidmət orqanları 30 nəfəri İŞİD terror qruplaşması ilə əlaqədə şübhəli bilərək saxlayıb.
Trend xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya "X" sosial şəbəkəsində məlumat verib.
Qeyd olunub ki, İŞİD terror qruplaşmasına qarşı 7 əyalətdə həyata keçirilən əməliyyatlar çərçivəsində 30 nəfər saxlanılıb.