...

Kəlbəcərdə yük maşını AŞDI - Sürücü öldü (VİDEO)

Cəmiyyət Materials 1 May 2024 15:02 (UTC +04:00)
Kəlbəcərdə yük maşını AŞDI - Sürücü öldü (VİDEO)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Kəlbəcər. Trend:

Kəlbəcərdə yük maşını aşıb.

Trend-in yerli müxbirinin xəbərinə görə, hadisə rayonun Yanşaq kəndində baş verib.

Belə ki, Emrah Uysal idarə etdiyi "HOWA" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın dərəyə aşıb. Hadisə yerinə Kəlbəcər rayon Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub.

Avtomobildə sıxılıb ölən E.Uysalın meyiti çıxarılaraq adiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti