...

İsrail ordusu Livanın cənubunda "Hizbullah"ın mövqelərinə zərbələr endirib

Dünya xəbərləri Materials 1 May 2024 16:00 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

İsrail ordusu ötən gecə Livanın cənubunda "Hizbullah"ın mövqelərinə zərbələr endirib.

Trend xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb.

Məlumata görə, vurulan hədəflər arasında "Hizbullah"ın ərazidəki hərbi qurğuları, infrastruktur və müşahidə məntəqələri olub.

Xatırladaq ki, aprelin 23-də İsrail ordusunun Livanın cənubuna endirilən raket zərbəsi nəticəsində "Hizbullah" hərəkatının hava hücumundan müdafiə qüvvələrinin strukturunda mühüm mövqe tutan Hüseyn Əli Azkul öldürülüb.

Həmçinin qeyd edək ki, İsrail ordusu aprelin 27-də Livanın cənubuna aviazərbələr endirib. Zərbələr nəticəsində "Hizbullah" hərəkatının aparıcı şəxslərindən hesab edilən şeyx Fərəcullah Hammu "Səcid" qətlə yetirilib.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti