...

Biz mənəviyyatımızı yenidən geri qaytarırıq - Migel Moratinos

Cəmiyyət Materials 1 May 2024 17:40 (UTC +04:00)
Biz mənəviyyatımızı yenidən geri qaytarırıq - Migel Moratinos
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Biz mənəviyyatımızı yenidən geri qaytarırıq. Din yenidən dirçəlir.

Trend xəbər verir ki, bu barədə BMT Baş katibinin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Migel Moratinos VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən “Dinlərarası dialoq vasitəsilə etimadın möhkəmləndirilməsi” mövzusunda panel müzakirəsi zamanı deyib.

“Biz dini rəhbərlərlə sıx əlaqədə olmalıyıq. Dini liderlər bizim işimizi çox zənginləşdirir. Bu cür konfranslarda dini rəhbərlərdən çox şey öyrənirəm.

Müxtəlif dinlərin böyük liderləri artıq birgə fəaliyyət göstərirlər. Dünyada dini ibadət yerlərinin xəritəsini hazırlamalı, onları qorumalıyıq”,- deyə o bildirib.

Qeyd edək ki, Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu öz işinə başlayıb.

“Sülh və Qlobal Təhlükəsizlik Naminə Dialoq: Əməkdaşlıq və Qarşılıqlı Əlaqələr” mövzusunda keçirilən forumda dünyanın müxtəlif ölkələrindən ümumilikdə 700 qonaq iştirak edir.

100-dən çox ölkəni təmsil edən iştirakçılar arasında nazirlərlə yanaşı, 60-a yaxın ölkənin mədəniyyət nazirliklərinin, 28 beynəlxalq təşkilatın nümayəndələri var. Forum çərçivəsində on panel müzakirə və dörd plenar sessiyanın keçirilməsi nəzərdə tutulur.

Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbir beynəlxalq təşkilatlar, o cümlədən, Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansı (UNAOC), UNESCO, İSESCO və BMT-nin Ümumdünya Turizm Təşkilatının tərəfdaşlığı ilə keçirilir.

Tədbir 1-3 may tarixlərini əhatə edəcək.

Xəbər lenti

Xəbər lenti