...

Levon Köçəryanın köməkçisi saxlanılıb

Dünya xəbərləri Materials 1 May 2024 16:24 (UTC +04:00)
Levon Köçəryanın köməkçisi saxlanılıb
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistan parlamentinin müxalif "Hayastan" fraksiyasının deputatı Levon Köçəryanın köməkçisi Artur Sukoyan saxlanılıb.

Trend xəbər verir ki, bu barədə Sukoyanın vəkili Erik Aleksanyan sosial şəbəkədə məlumat verib.

Məlumata görə, Artur Sukoyan bu yaxında Ermənistan parlamentində hakimiyyətyönümlü nəşrin jurnalisti David Levonyanla yaşadığı insidentə görə saxlanılıb. Belə ki, Sukoyan jurnalistə zərbə endirib.

Ermənistan İstintaq Komitəsi insidentlə əlaqədar olaraq cinayət işi açıb və Sukoyan barəsində saxlanılma qərarı verilib.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti