...

Ötən ay azad edilmiş ərazilərdə aşkarlanan minaların sayı açıqlanıb

Hadisə Materials 1 May 2024 14:44 (UTC +04:00)
Ötən ay azad edilmiş ərazilərdə aşkarlanan minaların sayı açıqlanıb
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı aylıq məlumat açıqlanıb.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) məlumat yayıb.

Məlumata əsasən azad olunan ərazilərdə ötən ay ərzində 141 tank əleyhinə mina, 191 piyada əleyhinə mina, 2502 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

Həmçinin 6038.9 hektar ərazi minalardan təmizlənib.

Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Dövlət Sərhəd Xidməti həyata keçirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti