...

Ən varlı rusiyalıların sərvəti bu il 15,8 milyard dollar artıb - Bloomberg

Dünya xəbərləri Materials 1 May 2024 13:55 (UTC +04:00)
Ən varlı rusiyalıların sərvəti bu il 15,8 milyard dollar artıb - Bloomberg
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İlin əvvəlindən bəri Rusiyanın ən zəngin iş adamlarının sərvəti 15,8 milyard dollardan çox artıb.

Trend xəbər verir ki, bu barədə məlumat “Bloomberg” agentliyinin dərc etdiyi milyarderlər indeksində (Bloomberg Billionaires Index) yer alıb.

Məlumata görə, 2024-cü ildə “Avroxim” kompaniyasının həmtəsisçisi Andrey Melniçenko 5,51 milyard dollar gəlir əldə edib. Hazırda onun sərvəti 24,3 milyard dollar həcmində qiymətləndirilir. “Severstal” kompaniyasının əsas səhmdarı Aleksey Mordaşovun varidatı 4,86 milyard dollar artaraq 25,8 milyard dollara çatıb. Eyni zamanda, NLMK kompaniyasının direktorlar şurasının sədri Vladimir Lisin ilin əvvəlindən bəri 3,62 milyard dollar qazanaraq sərvətini 27,6 milyard dollara yüksəldib.

Rusiyanın ən böyük dəmir filizi istehsalçısı “Metalloinvest” kompaniyasının səhmdarı Əlişir Usmanovun var-dövləti isə 2,24 milyard dollar azalaraq 18,8 milyard dollara enib.

Qeyd edək ki, Bloomberg agentliyi 2012-ci ilin mart ayından başlayaraq dünyanın ən zəngin 500 adamının sərvətinə dair məlumatları özündə əks etdirən “Bloomberg Billionaires Index” hesabatını dərc edir.

Xəbər lenti

Xəbər lenti