Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Sabunçu rayonunda neft məhsullarının tullantıları olan gölməçədə kişi meyitinin aşkarlanması ilə bağlı məlumat daxil olub.
Trend FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.
Həyata keçirilən tədbirlər nəticəsində meyit gölməçədən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.