...

Ukraynaya kömək etmək növbəsi digər Aİ ölkələrinə çatıb - Pistorius

Dünya xəbərləri Materials 21 Yanvar 2024 06:10 (UTC +04:00)
Ukraynaya kömək etmək növbəsi digər Aİ ölkələrinə çatıb - Pistorius
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Almaniya Müdafiə Naziri Boris Pistorius bildirib ki, Almaniya hər dəfə Ukraynaya yardımı artıra bilməz.

Trend xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Müdafiə naziri qeyd edib ki, Berlin Kiyevin dəstəklənməsinə ən böyük töhfə verib və indi növbə Aİ-nin digər üzvlərinə çatıb.

“Bəzi insanların tələb etdiyi kimi, biz hər dəfə yardıma gelə bilmərik. Əks halda özümüzü müdafiəsiz görəcəyik. İndiyədək əlimizdən gələni çatdırmışıq”, - deyə o bildirib.

Pistorusun fikrincə, “Putin bu müharibədə qalib gələrsə”, NATO ölkələri üçün risklər artacaq.

Financial Times-ın daha əvvəl xəbər verdiyi kimi, Avropa İttifaqı Ukraynaya ötürülən silahların auditini aparır. Təchizat həcminin yoxlanılması bəzi Aİ ölkələrinin tədarük öhdəliklərinin yerinə yetirilməməsi ilə bağlı bəyanatları fonunda baş verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti