...

Tramp Baydeni demokratiya üçün təhlükə adlandırıb

Dünya xəbərləri Materials 23 Yanvar 2024 08:30 (UTC +04:00)
Tramp Baydeni demokratiya üçün təhlükə adlandırıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-ın keçmiş prezidenti Donald Tramp hazırkı Amerika lideri Co Baydeni demokratiya üçün təhlükə adlandırıb.

Trend xəbər verir ki, bunu o yanvarın 23-də Respublikaçıların prezident seçkilərinin ilk praymerizinin keçiriləcəyi Nyu-Hempşirdə çıxışı zamanı deyib.

Bundan əvvəl ABŞ-ın keçmiş prezidenti Baydeni ABŞ tarixinin ən pis lideri adlandırmışdı.

ABŞ-da növbəti prezident seçkiləri 2024-cü ilin noyabrında keçiriləcək.

25 aprel 2023-cü ildə Bayden ən yüksək hökumət ofisinə yenidən seçilmək istəyəcəyini açıqlamışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti