...

"Turizmin inkişafı" İşçi qrupunun fəaliyyətində aktivlik görə bilərik - Vüsal Şıxəliyev

Cəmiyyət Materials 8 May 2024 12:15 (UTC +04:00)
"Turizmin inkişafı" İşçi qrupunun fəaliyyətində aktivlik görə bilərik - Vüsal Şıxəliyev
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı.Trend:

Ötən dövrə nəzər salsaq, "Turizmin inkişafı" İşçi qrupunun fəaliyyətində aktivlik görə bilərik. Bu da bilavasitə Dövlət Turizm Agenrliyinin və burada təmsil olunan dövlət qurumlarının fəal iştirakı və bu sahəyə töhfələrindən irəli gəlir.

Trend verir ki, bunu bu gün Azərbaycanın Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyasının katibliyinin rəhbəri Vüsal Şıxəliyev "Turizmin inkişafı" İşçi qrupunun 2023-cü il Fəaliyyət Planının icra vəziyyəti və qarşıda duran prioritetlər mövzusunda keçirilən tədbir çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

V. Şıxəliyev bildirib ki, ölkəmizin turizm sahəsində müvafiq göstəricilərin və əsasən də inkişaf indekslərinin beynəlxalq indekslərə əsasən müqayisəli təhlilinin aparılması və bu sahədə təşəbbüslərin həyata keçirilməsi olduqca əhəmiyyətlidir.

""Turizmin inkişafı" İşçi qrupunun əsas mandatı və fəaliyyət sahəsi Dünya İqtisadi Forumunun hər il dərc etdiyi səyahət və turizmin inkişafı indeksinə fokuslanıb",- deyə V. Şıxəliyev qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti