Bakı. Trend:
Hindistanın “Air India Express” aviaşirkəti 70-ə yaxın uçuşu ləğv edib. Buna səbəb heyət üzvlərinin dünən gecə özlərini narahat hiss etmələri olub.
Trend xarici KİV-lərə istinadən xəbər verir ki, “Air India” kompaniyasının törəmə şirkəti olan “Air India Express” 31 yerli və 14 beynəlxalq hava limanında həftəlik 2500-dən çox uçuş həyata keçirir.
Şirkətin mətbuat katibi ekipaj üzvlərinin xəstələndiklərini, yaranmış problemi həll etmək üçün çalışdıqlarını bildirib. O, həmçinin qeyd edib ki, biletlərin pulu sərnişinlərə qaytarılacaq və ya uçuş başqa tarixə dəyişdiriləcək.