...

Azərbaycanda yerləşmə vasitələrinin qiymətləri digər ölkələrlə müqayisədə baha deyil - Turizm Agentliyi

İqtisadiyyat Materials 8 May 2024 12:25 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı.Trend:

Azərbaycanda qiymətlər Cənubi Qafqaz və digər ölkələrlə müqayisədə yerləşmə vasitələrinin qiyməti baha deyil.

Trend xəbər verir ki, bunu bu gün Azərbaycan Respublikasının Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyasının “Turizmin inkişafı” işçi qrupunun 2023-cü il Fəaliyyət Planının icra vəziyyəti və qarşıda duran prioritetlər mövzusunda tədbirdə Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov deyib.

Onun sözlərinə görə, bununla bağlı statistik rəqəmlər onu deməyə əsas verir ki, qiymətlər bir çox hallarda yaxın, bəzən isə daha aşağıdır.

Qeyd edək ki, 2023-cü ildə Azərbaycanda mehmanxana (hotel) və mehmanxana tipli obyektlər 488 milyon 828 min manat gəlir əldə ediblər. Bu 2022-ci illə müqayisədə 133 milyon 505,9 min manat və ya 37,6% çoxdur.
2022-ci ildə hotellərin gəlirləri 355 milyon 322,1 min manat olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti