...

Azərbaycan ilə Bolqarıstan arasında strateji tərəfdaşlığın gücləndirilməsinə dair Bəyannamə imzalanıb

Siyasət Materials 8 May 2024 12:44 (UTC +04:00)
Azərbaycan ilə Bolqarıstan arasında strateji tərəfdaşlığın gücləndirilməsinə dair Bəyannamə imzalanıb
Emin Əliyev
Emin Əliyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan ilə Bolqarıstan arasında strateji tərəfdaşlığın gücləndirilməsinə dair Bəyannamə imzalanıb.

Trend xəbər verir ki, sənədi Azərbaycan Prezidenti İlham Əliyev və Bolqarıstan Prezidenti Rumen Radev imzalayıblar.

Qeyd edək ki, daha sonra Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Elmin Məmmədov və “Bulgaria Air” aviaşirkətinin idarə heyətinin üzvü Xristo Todorov “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti və “Bulgaria Air” Səhmdar Cəmiyyəti arasında kod paylaşma Sazişi”ni imzalayıblar.

Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Elmin Məmmədov və Bolqarıstan Respublikasının energetika nazirinin vəzifəsini icra edən Vladimir Malinov “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Bolqarıstan Respublikasının İnnovasiya və İnkişaf Nazirliyi arasında texnoloji innovasiya sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu imzalayıblar.

Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov və “Asarel Investment” şirkətinin müşahidə şurasının sədri Dimitar Tsosorkov “Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə “Asarel Investment” arasında Anlaşma Memorandumu”nu imzalayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti