...

Ərdoğan Qaziantep Şəhər Xəstəxanasında müalicə alan uşaqları ziyarət edib

Dünya xəbərləri Materials 4 Fevral 2024 20:10 (UTC +04:00)
Ərdoğan Qaziantep Şəhər Xəstəxanasında müalicə alan uşaqları ziyarət edib

Bakı. Trend:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qaziantep Şəhər Xəstəxanasında müalicə alan uşaqları ziyarət edib.

Trend TurkicWorld-a istinadən xəbər verir ki, Ərdoğanın iştirakı ilə Qaziantep Şəhər Xəstəxanasının rəsmi açılışı olub.

Prezident Ərdoğan protokol üzvlərinin və həkimlərin iştirakı ilə açılış lentini kəsdikdən sonra Qaziantep Şəhər Xəstəxanası ilə tanış olub.

Türkiyə prezidenti ziyarət etdiyi uşaqlara oyuncaqlar verib.

Məlumat üçün qeyd edək ki, yeni açılan xəstəxanada gündə 18 min nəfərə xidmət göstərəcək 1875 çarpayı mövcuddur.

Qaziantep Şəhər Xəstəxanası Türkiyənin dördüncü ən böyük xəstəxanasıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti