...

Ötən il BP-nin mənfəəti 50 faiz azalıb

Dünya xəbərləri Materials 7 Fevral 2024 04:16 (UTC +04:00)
Ötən il BP-nin mənfəəti 50 faiz azalıb

Bakı. Trend:

Ötən il BP-nin mənfəəti 50 faiz azalaraq 13,8 milyard dollar təşkil edib.

Trend xəbər verir ki, şirkətin gəlirlərinə neft və qazın qiymətinin azalması və neft emalı zavodlarının marjalarının azalması təsir edib.

Bundan başqa, BP-nin ötən ilin dördüncü rübündə mənfəəti əvvəlki ilin eyni dövrü ilə müqayisədə 37,8 faiz azalaraq 2,9 milyard dollar olub.

Şirkət bu ilin birinci yarısına 3,5 milyard dollarlıq səhm geri alacağını açıqlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti