...

Nyu York məhkəməsi Trampı dələduzluq ittihamı ilə təqsirli bilib

Dünya xəbərləri Materials 17 Fevral 2024 00:37 (UTC +04:00)
Nyu York məhkəməsi Trampı dələduzluq ittihamı ilə təqsirli bilib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Nyu-York məhkəməsi ABŞ-ın keçmiş prezidenti Donald Trampı “Trump Organization” aktivlərinin qiymətləndirilməsində dələduzluqla bağlı mülki işdə təqsirli bilib. D.Tramp buna görə təxminən 355 milyon dollar təzminat ödəməlidir.

Trend-in məlumatına görə, bu barədə "CNN" telekanalı məlumat yayıb.

Bundan əlavə, D.Trampın Nyu-Yorkda hər hansı korporasiyanın əməkdaşı və ya direktoru kimi fəaliyyət göstərməsi üç il müddətinə qadağan ediləcək.

Telekanal hesab edir ki, keçmiş Amerika lideri çox güman ki, bu qərardan apellyasiya şikayəti verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti