...

İsrailin baş naziri Qərb siyasətçilərini vicdanlarını itirməkdə ittiham etdi

Dünya xəbərləri Materials 18 Mart 2024 10:48 (UTC +04:00)
İsrailin baş naziri Qərb siyasətçilərini vicdanlarını itirməkdə ittiham etdi
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

İsrailin baş naziri Benyamin Netanyahu Qərb ölkələrinin İsraildə seçkilər keçirməklə bağlı çağırışlarına cavab olaraq Qərbi vicdanını itirməkdə ittiham edib.

Trend xəbər verir ki, bu barədə "Financial Times" qəzeti məlumat yayıb.

Baş nazir İsrail dövlətinin HƏMAS hərəkatı ilə müharibə vəziyyətində olduğunu xatırladıb.

"Siz İsrailin HƏMAS-dan olan bədheybətlərdən müdafiə hüququndan nə tez imtina etdiniz? Siz nə tez vicdanınızı itirdiniz?", - deyə Netanyahu bildirib.

Onun sözlərinə görə, bu cür bəyanatlarla çıxış edənlər Holokostdan sonrakı ən dəhşətli qətliamı unudublar.

Konkret adlar çəkməyən baş nazirin fikrincə, beynəlxalq ictimaiyyətin İsraildə seçkilərin keçirilməsində israr edən nümayəndələri çox gözəl bilirlər ki, bununla ölkəni yarım il müddətinə iflic edəcək və əməliyyatların dayandırılmasına səbəb olacaqlar.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti