...

Nigeriyada silahlı şəxslər daha yüz adamı oğurlayıblar

Dünya xəbərləri Materials 19 Mart 2024 02:37 (UTC +04:00)
Nigeriyada silahlı şəxslər daha yüz adamı oğurlayıblar

Bakı. Trend:

Nigeriyanın Kaduna ştatında silahlı şəxslər daha yüz adamı oğurlayıblar.

Trend xəbər verir ki, faktı rəsmi şəxslər və BMT-nin Nigeriyadakı nümayəndələri təsdiqləyiblər. Oğurlanan şəxslər 2 qonşu kəndin sakinləridir.

Qeyd edək ki, Kaduna ştatında martın əvvəlində iki yüzdən çox adam oğurlanıb. Onların taleyi hələ də naməlumdur.

Xəbər lenti

Xəbər lenti