...

“Crocus City Hall”da törədilən terror aktında xəsarət alanların sayı 360-a çatıb

Dünya xəbərləri Materials 27 Mart 2024 12:40 (UTC +04:00)
“Crocus City Hall”da törədilən terror aktında xəsarət alanların sayı 360-a çatıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

"Crocus City Hall"da törədilən terror aktında xəsarət alanların sayı 360-a çatıb.

Trend TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə tibbi mərkəzdən bildiriblər.

"Çərşənbə günü səhərə olan məlumatlara əsasən, terror aktı nəticəsində 360 nəfər, o cümlədən, 11 uşaq xəsarət alıb", - məlumatda deyilir.

Qeyd edək ki, martın 22-də Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərində yerləşən "Crocus City Hall"a daxil olan naməlum şəxslər insanlara atəş açıblar. Hadisə "Piknik" qrupunun konsertindən öncə baş verib.

Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksdanr Bortnikov Rusiya prezidenti Vladimir Putinə Moskvada "Crocus City Hall"da törədilən terror aktında iştirak edən 11 nəfərin, o cümlədən 4 terrorçunun saxlanıldığı barədə məlumat verib.

Xəsarət alanların xilas edilməsi və axtarışı üzrə bütün tədbirlər yekunlaşıb.

"Crocus City Hall" konsert zalında terror aktı törətməkdə ittiham olunan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Beləliklə, məhkəmənin qərarı ilə terror aktını törətməkdə ittiham olunan Dalercon Mirzoyev, Saidakrami Raçabalizoda, Şamsidin Fariduni və Mahammadsobir Fayzov istintaq təcridxanasına yerləşdirilib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti