...

İsveçrə bankları Rusiya vətəndaşlığı olan şəxslərin hesablarını bağlayır

Dünya xəbərləri Materials 27 Mart 2024 20:28 (UTC +04:00)
İsveçrə bankları Rusiya vətəndaşlığı olan şəxslərin hesablarını bağlayır
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Bir sıra İsveçrə bankları Rusiya vətəndaşlığı olan şəxslərin hesablarını bağlamağa başlayıb.

Trend xəbər verir ki bu barədə İsveçrənin "Leolex" hüquq bürosunun icraçı tərəfdaşı Roman Kudinov Rusiya KİV-ə deyib.

Onun sözlərinə görə, "UBS" və "Credit Suisse"in bir sıra ikili vətəndaşlığa malik müştəriləri bu problemlə üzləşiblər.

"Onlar hamısı İsveçrədə vergi ödəyir, Rusiyada isə heç bir gəlirə malik deyillər və vergi ödəmirlər", - o deyib.

Qeyd olunub ki, büro müştərilərlə birlikdə bununla bağlı məhkəməyə müraciət etməyi nəzərdən keçirir.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti