...

Xəzər dənizində üçüncü ölkələrin hərbi iştirakı regionun maraqlarına ziddir - İran XİN

Dünya xəbərləri Materials 29 Mart 2024 11:49 (UTC +04:00)
Xəzər dənizində üçüncü ölkələrin hərbi iştirakı regionun maraqlarına ziddir - İran XİN
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Xəzər dənizində üçüncü ölkələrin hərbi iştirakını regionun maraqlarına zidd hesab edib.

Trend xəbər verir ki, Abdullahian bu barədə Türkmənistanın xarici işlər naziri Rəşid Meredovla danışıqlarda deyib.

İran XİN rəhbəri, həmçinin, "Xəzər beşliyi" (Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan) ölkələrinin hökumət başçıları səviyyəsində 3-cü Xəzər İqtisadi Forumunu keçirməyi təklif edib.

Qeyd edək ki, 2-ci Xəzər İqtisadi Forumunu 2022-ci il 5-6 oktyabr tarixlərində Moskvada keçirilib.

Hüseyn Əmir Abdullahian Türkmənistan prezidenti Sərdar Berdiməhəmmədovla görüşüb.

"Biz enerji, tranzit, nəqliyyat, elm və texnologiyalar sahəsində əməkdaşlığı möhkəmləndirmək barədə razılığa gəldik, ölkələr arasında ticarətin həcmi artır və gələcəkdə güclü artım gözləyirik", - deyə Abdullahian jurnalistlərə deyib.

Bundan başqa, nazir İran prezidenti İbrahim Rəisinin gələcəkdə Aşqabada səfər edəcəyini bildirib.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti