...

Ermənistanda Rusiya sərhədçilərinin abidəsinə qarşı vandallıq

Dünya xəbərləri Materials 18 İyun 2024 14:28 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistanda Rusiya sərhədçilərinin abidəsinə qarşı hörmətsizlik olunub.

Trend xəbər verir ki, vandalizm aktını əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb.

Belə ki, İrəvanda Qələbə parkındakı abidənin yaxınlığında quraşdırılmış Rusiya bayrağı və gerbi naməlum şəxslər tərəfindən qoparılıb.

Qeyd edək ki, bu. Ermənistanda abidələrə qarşı ilk vandalizm aktı deyil. Belə ki, bu ilin yanvar ayında ermənilər mühasirədə olan Leninqrad uşaqlarının xatirəsinə qoyulmuş abidəni təhqir ediblər. Sosial şəbəkələrdə vandalizm aktının görüntülərini əks etdirən kadrlar yayılıb.

Birinci videoda erməni vandalının çələnglərdən Rusiya bayrağının təsviri olan lentləri necə çıxarıb yerə atdığını və ayaqları ilə necə tapdaladığı əks olunub. İkinci videoda isə o, çələngləri çevirərək, mühasirəyə alınmış uşaqları “faşist” adlandırır və “bu hadisəni təsdiq edən heç bir sənəd olmadığını” iddia edir.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti