Bakı. Trend:
2025-ci ilin yanvar-mart aylarında Türkiyənin hazır geyim ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 7,6 faiz azalaraq, 4 milyon 184 min 923 dollara bərabər olub.
Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
“Bu ilin mart ayında Türkiyə 1 milyon 417 min 152 dollar məbləğində hazır geyim ixrac edib ki, bu da keçən ilin mart ayı ilə müqayisədə 12,1 faiz azdır” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində (mart 2024-mart 2025) Türkiyə 17 milyon 571 min 108 dollar məbləğində hazır geyim ixrac edib.