Bişkek. Trend:
Qırğızıstanın Narın vilayəti Azərbaycanla əməkdaşlığın inkişafına maraq göstərir.
Trend Qırğızıstan XİN-ə istinadən xəbər verir ki, bu barədə Qırğızıstanın Azərbaycandakı səfiri Maksat Mamıtkanov Azərbaycanın İqtisadiyyat Naziri Mikayıl Cabbarovla keçirdiyi görüşdə söz açıb.
Görüşdə Mamıtkanov Azərbaycan tərəfinə Narın vilayətindən başlamaqla, iki ölkənin bölgələri arasında əməkdaşlıq qurmağı təklif edib.
Eyni zamanda, Qırğızıstanla Azərbaycan arasında ikitərəfli iqtisadi əməkdaşlıqla bağlı digər məsələlər müzakirə olunub. Xüsusi diqqət Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun fəaliyyətinə ayrılıb. Bu fond iki ölkə arasında iqtisadi əlaqələrin əsas aləti hesab olunur. Müzakirələrdə əsas vurğu “yaşıl” layihələrin, xüsusilə su elektrik enerjisi sahəsindəki təşəbbüslərin reallaşdırılmasına edilib.
Tərəflər qarşılıqlı faydalı ikitərəfli iqtisadi əməkdaşlığın inkişafı və dərinləşdirilməsi niyyətlərini bir daha vurğulayıblar.