...

“Android” əməliyyat sistemi “iOS”dan daha təhlükəsizdir – “Google”

Dünya xəbərləri Materials 31 Oktyabr 2025 11:29 (UTC +04:00)
“Android” əməliyyat sistemi “iOS”dan daha təhlükəsizdir – “Google”
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

“Google” şirkəti “YouGov” tədqiqat şirkəti ilə birgə apardığı araşdırmanın nəticələrini açıqlayıb. Həmin araşdırmaya əsasən, “Android” əməliyyat sistemi ilə işləyən mobil cihazların sahibləri “iPhone” istifadəçiləri ilə müqayisədə virtual dələduzların SMS-ləri və zəngləri xeyli az rastlaşırlar.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Sorğudan əvvəlki yeddi günlük müddət ərzində “Android” istifadəçiləri “iOS” sistemli cihaz sahiblərindən 58 faiz az dələduz mesajlar alıblar. Ən yüksək müdafiə səviyyəsini “Google Pixel” smartfonları nümayiş etdirib - bu cihazların sahibləri arasında spam və fişinq xarakterli mesajlar qəbul etmə riski “iPhone” istifadəçilərinə nisbətən 96 faiz aşağı olub.

Bundan əlavə, “iOS” istifadəçiləri bir həftə ərzində üç və daha çox dələduz SMS alma halları barədə “Android” istifadəçilərindən orta hesabla 65 faiz daha çox məlumat veriblər.

“Google” şirkəti bu nəticələri bir sıra texnologiyaların, o cümlədən RCS (Rich Communication Services) protokolunun, “Android” sisteminə inteqrasiya olunmuş müdafiə mexanizmlərinin və süni intellekt əsaslı sistemlərin tətbiqi ilə əlaqələndirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti