Bakı. Trend:
Roma Papası XIV Leo Milad bayramı ərəfəsində etdiyi müraciətdə dünya ictimaiyyətini sülhə çağırıb.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
“Mən bir daha bütün xoşməramlı insanlara üzümü tuturam, onlardan xahiş edirəm ki, sülhə - heç olmasa Xilaskarımızın mövludu günündə hörmət etsinlər”, - deyə pontifik bildirib.
Rusiyanın sülhlə bağlı çağırışları rədd etdiyini diqqətə çatdıran Vatikan rəhbəri azı 24 saat ərzində dünyada sülhün olacağına ümid etdiyini bildirib.
