...

Aslan Məshədovun ailəsi Finlandiyadan siyasi sığınacaq istəyib

Dünya xəbərləri Materials 10 May 2006 13:09 (UTC +04:00)

Çeçen separatçılarının qətlə yetirilmiş lideri Aslan Məshədovun ailəsi Finlandiyadan sığınacaq istəyib. Bu barədə Helsinkidə fəaliyyət göstərən Finlandiya-Qafqaz cəmiyyəti bildirib.

Finlandiya KİV-nin məlumatına görə, prezident dəftərxanasında belə bir xahişin alınması təsdiqlənib. Ancaq heç bir şərh verilmir.

Aslan Mashadov 2005-ci il martın 8-də Rusiya FTX tərəfindən aparılmış xüsusi əməliyyat zamanı Çeçenistanın Qroznı rayonunun Tolstoy-Yurt kəndində öldürülüb.

Finlandiya-Qafqaz cəmiyyətinin məlumatına görə, hazırda A.Məshədovun ailəsi Azərbaycanın paytaxtı Bakıda yaşayır. Bu barədə RİA Novosti xəbər verir.

Xəbər lenti

Xəbər lenti