...

Rusiya-AB zirvə görüşü Soçidə keçiriləcək

Dünya xəbərləri Materials 25 May 2006 14:07 (UTC +04:00)

Mayın 25-də Soçidə Rusiya-AB zirvə görüşü keçiriləcək. Rusiya tərəfindən görüşdə prezident Vladimir Putin, baş nazir Mixail Fradkov, ticarət və iqtisadi inkişaf naziri German Qref, nəqliyyat naziri İqor Levitin, xarici işlər naziri Sergey Lavrov iştirak edəcək. Avropa Birliyi tərəfindən isə iştirakçılar sırasına Avropa Komissiyasının sədri Joze Manuel Barrozu, AB-nın xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Havyer Solana, AB-da sədrlik edən Avtsriyanın kansleri Volfqanq Şüssel daxildir. Görüşdə Rusiya ilə AB arasında vizasız məkan haqqında proqramın gerçəkləşdirilməsi, Rusiya-AB arasında energetika sahəsində əməkdaşlıq məsələləri müzakirə olunacaq.

Trend agentliyinin "RBK"ya istinadən yaydığı məlumata əsasən, görüş zamanı aktual beynəlxalq məsələlər və təhlükəsizlik problemləri, o cümlədən, İranın nüvə proqramı və Fələstin ətrafındakı vəziyyəti də nəzərdən keçiriləəck. Bundan əlavə, Rusiya və AB liderləri "yol xəritələri"nin gerçəkləşdirilməsinə də toxunub. Xatırladaq ki, 2007-ci ildə Rusiya ilə AB arasındakı tərəfdaşlıq və əməkdaşlıq haqqında sazişin müddəti başa çatır.

Ehtimallara görə, Soçidəki zirvə görüşü yeni müqavilənin hazırlanmasına təkan verəəck.

Görüşün yekunları üzrə Rusiya ilə AB arasında 2 saziş imzalanacaq. Bunlar viza rejiminin sadələşdirilməsi və readmissiyaya aid olacaq.

Xəbər lenti

Xəbər lenti