...

Gürcüstan-Türkiyə elektrik xəttinin inşa dəyəri 150 mln dollaradək təşkil edəcək

Dünya xəbərləri Materials 5 İyun 2006 12:55 (UTC +04:00)

Gürcüstanın energetika naziri Nikolaz Gilauri hesab edir ki, Gürcüstan-Türkiyə elektrik xəttinin inşası layihəsi Avropaya çıxmaq istəyən potensial sərmayədarlar üçün ən cəlbedici layihələrdən biridir. Trend in Astanadakı xüsusi müxbirinin məlumatına görə, layihənin dəyəri 150 mln dollaradək təşkil edəcək.

"Bu xətt postsovet və Avropa məkanları enerji sistemlərinin təmas xəttidir. Postsovet məkanı və Avropa arasında elektrik enerjisinin idxalı və ixracı üçün perspektivlər mövcuddur. Məhz buna görə layihə potensial sərmayədarlar, o cümlədən bu gün Gürcüstan iqtisadiyyatına fəal sərmayə qoyan qazaxıstanlı sərmayədarlar üçün cəlbedicidir", - deyə N.Gilauri bildirib.

Nazir qeyd edib ki, layihədə rəqiblər də var. Bunlar Türkiyə və Avropa şirkətləridir. "Ancaq ümidvaram ki, qazaxıstanlı sərmayədarlar qalib gələcək", - deyə o nəzərə çatdırıb. Onun sözlərinə görə, 1 kilovatt saata görə 2,3-2,4 sent məbləğində olan tariflər sərmayədarların gəlişi ilə artmayacaq.

Xəbər lenti

Xəbər lenti