...

İyunun 19-21-də Tbilisidə enerji təhlükəsizliyi üzrə Avropa konfransı olacaq

Dünya xəbərləri Materials 19 İyun 2006 15:34 (UTC +04:00)

İyunun 19-21-də Tbilisidə Courtyard Marriott otelində "Avrasiyanın enerji təhlükəsizliyi: bazara çıxış və sərmayə siyasəti" adlı Beynəlxalq konfrans keçiriləcək.

Trend in Kavkaz-press-ə istinadən verdiyi xəbərə görə, konfrans Gürcüstan hökümətinin təşəbbüsü, ölkə prezidenti və Beynəlxalq enerji agentliyinin (IEA) himayəsi altında keçirilir. Forumda yüksək vəzifəli hökümət məmurları, böyük enerji şirktətlərinin rəhbərləri və dünyanın hər yerindən digər yüksək vəzifəli şəxslər iştirak edəcək.

Konfransda Mərkəzi Asiyanın təbii qazının Avrasiyada artan rolu, enerji daşıyıcılarının tədarükündə kollektiv təhlükəsizliyinin möhkəmlənməsi, eyni zamanda "Enerji daşıyıcıları nəqlinin cənub dəhlizi"nin inkişafı ilə bağlı məsələlər müzakirə ediləcək. Konfransda Avrasiya potensialını yeni proqressiv fəaliyyət planına çevirmək üçün enerji daşıyıcıları tədarükünün kollektiv təhlükəsizliyinin yeni üsulları hazırlanacaq. IEA -nın xüsusi məlumatında qeyd olunduğu kimi, Avrasiyada enerji bazarının inteqrasiyası əsas prioritetlərdən biridir, lakin enerji daşıyıcıları tədarüklərinin istehlakçılara diversifikasiyası üçün gələcək sərmayəyə, həmçinin enerji ehtiyatları istehsalçıları üçün zəmanətlərin təqdim olunmasına və nəql üçün infrastruktura çıxmağa ehtiyac duyur.

IEA -nın bəyanatında qeyd olunub ki, hökümət qurumlarının və biznesin məqsədi tədarüklərin və sərmayələrin etibarlılığına zəmanət vermək məqsədi ilə Avrasiya bazarının idarəsində vahid uzunmüddətli siyasəti təmin etməkdir. Konfransın açılışında Gürcüstan prezidenti Mixail Saakaşvili və IEA -nın icra direktoru Klod Mandil çıxış edəcəklər. Dəyirmi masa ətrafındakı debatlar Chatham House-un qaydaları ilə aparılacaq.

Mətbuat konfransı çərşənbə günü, iyunun 21-də keçiriləcək.

Xəbər lenti

Xəbər lenti