...

Türkiyə enerji ehtiyatlarının axtarışını intensivləşdirir

Dünya xəbərləri Materials 12 Sentyabr 2006 12:48 (UTC +04:00)

Türkiyənin Energetika və Təbii Sərvətlər Nazirliyinin tövsiyəsi ilə ölkədə enerji ehtiyatlarının axtarışının intensivləşdirilməsi üzrə konsorsium yaradılıb. Trend in Türkiyədəki xüsusi müxbirinin məlumatına görə, Maden Tetkik Arama-nın (MTA) rəhbərliyi altında 10 dövlət və özəl təşkilatdan ibarət işçi qrupu yaradılıb. Bu işçi qrupu ölkədə intensiv kömür axtarışını həyata keçirir. Energetika və Təbii Sərvətlər Nazirliyi tərəfindən "kömür səfərbərliyi" elan edilib.

Öz növbəsində Türkiye Petrolleri Anonim Ortaklığı (TPAO) dənizdə neft və qaz yataqlarının axtarışına başlamaq niyyətindədir. Layihəyə uyğun olaraq TRAO il ərzində 13 yeni stasionar qazma platforması qurmağı planlaşdırır.

Xəbər lenti

Xəbər lenti