...

V.Yuşenkonun zəhərlənməsi barədə işdə yeni adlar ortaya çıxıb

Dünya xəbərləri Materials 1 Fevral 2007 11:06 (UTC +04:00)

Ukrayna prezidenti Viktor Yuşenkonun zəhərlənməsi ilə bağlı işdə bütün versiyalar nəzərə alınır. Bu barədə UTX sədrinin mətbuat katibi Marina Ostapenko brifinqdə bildirib.

"RBK"ya istinadən Trend xəbər verir ki, baş prokuror Aleksandr Medvedkonun işdə iki yeni adın - masajçıların ortaya çıxması ilə bağlı verdiyi yeni informasiya ilə bağlı versiya üzərində də iş gedir.

M.Ostapenko deyib: "V.Yuşenkonun zəhərlənmsəi ilə bağlı iş çox intensiv şəkildə aparılır və bütün versiyalar, o cümlədən bu son informasiya Baş Prokurorluqla birgə yoxlanılır".

O, həmçinin təsdiq edib ki, V.Yuşenkonun UTX sədrinin keçmiş birinci müavininin bağ evində şam yeməyi zamanı deyil, bundan 1,5 saat öncə başqa bir naharda zəhərlənməsi versiyası da təhlil edilir.

Xəbər lenti

Xəbər lenti