...

İsrail FƏTH və "Həmas" arasındakı razılaşma şərtlərini nə tanıyır, nə də inkar edir – baş nazir

Dünya xəbərləri Materials 12 Fevral 2007 16:58 (UTC +04:00)

İsrail Fələstin milli hökumətinin yaradılması barədə FƏTH və "Həmas" arasındakı razılaşma şərtlərini nə tanıyır, nə də inkar edir. Bu barədə ölkənin baş naziri Ehud Olmert "İsrail razılaşmanın detalları ilə tanış olur" əlavə edərək bəyan edib.

"Sitnxua"nın məlumatına əsasən, eyni zamanda E.Olmert bir daha bəyan edib ki, İsrail Fələstin muxtariyyətinin beynəlxalq vasitəçilərin Yaxın Şərq "kvarteti"nin tələblərinin: zoraklıqdan imtina etmək, İsraili tanımaq və əvvəllər əldə olunmuş sülh sazişlərinin öhdəliklərinin yerinə yetirməsində israr edir. Bu barədə www.rbc.ru-ya istinadən Trend məlumat verir.

Bu gün Fələstin muxtariyyətinin rəhbəri Mahmud Abbas, ABŞ dövlət katibi Kondoliza Rays və E. Olmertin iştirakı ilə Fələstin-İsrail münaqişəsi üzrə üç günlük danışıqlar başlayır

Xatırladaq ki, bu ilin fevralın 8-də FƏTH və "Həmas" milli birlik hökumətinin yaradılması haqqında saziş imzalayıb. Bu Məkkədə M. Abbas, Fələstin hökumətinin baş naziri İsmayıl Xanin və "Həmas"ın siyasi lideri Xaled Maşaalın danışıqlarının nəticəsi olub. Onların görüşü Səudiyyə Ərəbistanı kralı Abdulla Ben Abdel Əziz as-Saudun vasitəçiliyi ilə təşkil olunub. M.Abbas İ. Xaninə Fələstin muxtariyyətinin yeni nazirlər kabinetini formalaşdırmaq barədə göstəriş verib.

FƏTH və "Həmas" hərəkatlarının liderləri beynəlxalq qanunvericiliyi yerinə yetirmək, həmçinin Fələstinin azad edilməsi təşkilatının öhdəliklərini yerinə yetirmək öhdəliyi götürüb.

Xəbər lenti

Xəbər lenti