...

Fransada "Airbus" zavodunun işçiləri tətil edəcək

Dünya xəbərləri Materials 5 Mart 2007 14:16 (UTC +04:00)

Fransa, Strasburq/müxbir Trend E.Məcidli/ Fransada "Airbus" zavodlarında çalışan işçilər kütləvi surətdə işdən çıxarma qərarına e`tiraz olaraq martın 6-sında tətil edəcək.Beş sendikat tərəfindən imzalanan bəyannamədə, Airbus rəsmilərinin verdiyi Avropadaki Airbus təyyarələrini istehsal edən altı zavodun satılması ve bağlanması qərarına əsasən, 10 min işçinin dörd il ərzində işdən çıxarılması siyasətinə qarşı bütün işçilərin tə`til etməsi istənilir .Sendikatlar, "Airbus"un Almanyadaki zavodlarında çalışan işçilərin də onlara dəstək verəcəklərini bildirib.Bu arada, Airbus A-380 tipli sərnişin təyyarələrinin istehsalının azaldılacağı haqqındaki xəbərlərdən sonra, qrupun hissələrinin 5,2 faiz dəyər itirdiyini qeyd etmek lazımdır.     

Xatırlatmaq lazımdır ki, Airbus idarə heyəti, martın 2-də verdiyi açıqlamada, dörd il içində 10 min işçinin işdən çıxardılacağını bildirmişdi.Açıqlanan plana görə, Airbusun Fransadaki zavodlarından 4300, Almaniyadan 3700, İngiltərədən 1600, İspaniyadan 400 işçi çıxarılacaq.

Qeyd edək ki, Airbus şirkətinindəki durğunluq, Fransa və Almaniya arasında mübahisələrə səbəb olmuşdu.     

Fransada isə politoloqlar, Airbus şirkətində işdən çıxartmaların, prezident seçkilərində öz tə`sirini göstərəcəyini ifadə edir.

Xəbər lenti

Xəbər lenti