...

Gürcüstan Portuqaliya ilə ikitərəfli siyasi məşvərətə başlayır

Dünya xəbərləri Materials 2 Aprel 2007 19:02 (UTC +04:00)

Gürcüstan, Tiflis /müxbir. Trend N. Kirüxalia/ Gürcüstanla Portuqaliya arasında ikitərəfli siyasi məşvərət baş tutacaq. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Trend in Tiflisdəki xüsusi müxbirinə verilən məlumata görə, Gürcüstan XİN başçısının birinci müavini Valeri Çeçelaşvili bu məqsədlə aprelin 3-də Portuqaliyaya yola düşəcək. Siyasi məsləhətləşmə çərçivəsində o, Portuqaliyanın Avropa məsələləri üzrə dövlət katibi Manuel Lobu Antuneş və Portuqaliya XİN-in digər yüksəkvəzifəli məmurlarıyla görüşəcək. Görüşdə tərəflər hərtərəfli formada əməkdaşlıq və ikitərəfli əlaqələrdən bəhs edən digər məsələlərə də baxacaqlar.

Qeyd etmək lazımdır ki, cari ilin 1 iyulundan Portuqaliya 6 ay müddətinə Aİ-nın sədri olacaq.

Xəbər lenti

Xəbər lenti