...

Bakıda və Şəkidə yanğın olub

Hadisə Materials 10 Fevral 2016 08:42 (UTC +04:00)
Bakıda və Şəkidə yanğın olub
Bakıda və Şəkidə yanğın olub

Bakı. Trend:

Bakıda və Şəkidə yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən məlumata görə, Bakı şəhəri, Səbail rayonunda dördmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 55 kv.m olan 2 otaqdan ibarət ofisin 1 otağının döşəməsi 0,5 kv.m sahədə yanıb.

Ofisin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 03:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Trend-in məlumatına görə, Şəki rayonu, Aşağı Göynük kəndində vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və damına yığılmış 15 ton ot bağlamasının 10 tonu yanıb.

Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 06:20-da söndürülüb.

Xəbər lenti

Xəbər lenti