Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyi ilə “Bakı Metropoliteni” QSC metronun “İçərişəhər” stansiyasında “Bakı metropolitenində baş verə biləcək fövqəladə hadisələr zamanı fəaliyyətin təşkili” mövzusunda 27 sentyabr 2024-cü il, gecə saat 01:00 radələrində birgə taktiki təlim keçirəcək.
Bu barədə Trend-ə Nazirlikdən məlumat verilib.
Təlimə FHN-in xüsusi təyinatlı texnikaları və şəxsi heyətinin cəlb olunması nəzərdə tutulur.