...

Lənkəranda yol qəzası - 4 nəfər ölüb, yaralılar var

Hadisə Materials 10 Sentyabr 2016 10:36 (UTC +04:00)
Səhər saatlarında Lənkəranda ölümlə nəticələnən ağır yol qəzası baş verib.
Lənkəranda yol qəzası - 4 nəfər ölüb, yaralılar var

Bakı. Trend:

Səhər saatlarında Lənkəranda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Lənkəran rayonu ərazisində “Mercedes” və “VAZ” markalı minik avtomobillərinin toqquşması nəticəsində yol-nəqliyyat qəza hadisəsi baş verib. Dərhal Nazirliyin Cənub Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunaraq avtomobillərdə sıxılmış vəziyyətdə qalmış dörd cəsəd və iki xəsarət almış şəxsiyyətləri məlum olmayan vətəndaşları çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 06:40-da başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti