...

Qəbələdə ağır yol qəzası

Hadisə Materials 19 Noyabr 2016 05:53 (UTC +04:00)
Qəbələdə yol qəzası ölümlə nəticələnib.
Qəbələdə ağır yol qəzası

Bakı. Trend:

Qəbələdə yol qəzası ölümlə nəticələnib.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki,nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Qəbələ şəhərində “Mercedes” markalı minik avtomobilin qəzaya uğraması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Şimal-Qərb Regional Mərkəzinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunaraq minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 1992-ci il təvəllüdlü Qaracayev İntiqam Abdulla oğlunun cəsədini çıxarmış və aidiyyətı üzrə təhvil veriblər.

Əməliyyat saat 01:58-də başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti