...

Qəbirlərin sinə daşlarını oğurlayan şəxs saxlanılıb

Hadisə Materials 12 Dekabr 2016 12:37 (UTC +04:00)
Qəbiristanlıqdan oğurluq edən şəxs saxlanılıb.
Qəbirlərin sinə daşlarını oğurlayan şəxs saxlanılıb

Bakı. Trend:

Qəbiristanlıqdan oğurluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, dekabrın 11-də Bərdə şəhər sakini Zülfü Əmrəliyev rayon Polis şöbəsinə müraciət edərək sentyabrın 11-də Cəyirli kənd qəbiristanlığında dəfn edilmiş qardaşının məzarının mərmərdən olan sinə daşının və 2 ədəd güldanın oğurlanmasını bildirib.

Bərdə RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən rayon sakini Ceyhun Sadıqov saxlanılıb. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun həmin qəbiristanlıqdan daha 1 məzarın mərmərdən olan sinə daşını oğurlaması da müəyyən edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti