...

DİN Masallıdakı qətllə bağlı məlumat yaydı: hadisə yerində 25 ədəd giliz tapılıb

Hadisə Materials 22 Dekabr 2016 12:20 (UTC +04:00)
Daxili İşlər Nazirliyi Masallı rayonundakı qətl hadisəsilə bağlı məlumat yayıb.
DİN Masallıdakı qətllə bağlı məlumat yaydı: hadisə yerində 25 ədəd giliz tapılıb

Bakı. Trend:

Daxili İşlər Nazirliyi (DİN) Masallı rayonundakı qətl hadisəsi ilə bağlı məlumat yayıb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, dekabrın 21-də Masallı rayonunun Türkoba kəndində Lənkəran rayon sakini Murad Quluzadə odlu silahdan açdığı atəşlə Rusiya Federasiyası vətəndaşı Fariz İsmayılovu qətlə yetirib. O, könüllü olaraq Lənkəran şəhər rayon Polis Şöbəsinə gəlib və hadisəni törədərkən istifadə etdiyi "UZİ" markalı silahı və 7 ədəd gülləni təhvil verib.

ŞRPŞ əməkdaşları tərəfindən hadisə yerinə baxış zamanı oradan 25 ədəd giliz aşkar edilərək götürülüb.

Faktla əlaqədar cinayət işi başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti