...

Bakıda bağ evində intihar

Hadisə Materials 9 Fevral 2017 09:55 (UTC +04:00)
Bakının Xəzər rayonunda intihar hadisəsi baş verib.
Bakıda bağ evində intihar

Bakı. Samir Əli - Trend:

Bakının Xəzər rayonunda intihar hadisəsi baş verib.

Xəzər rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, hadisə fevralın 8-də rayonun Mərdəkan qəsəbəsində baş verib. Qəsəbədə 852 saylı bağ evində yaşayan, 1974-cü il təvəllüdlü Hacıyev Samir Akif oğlu özünü yaşadığı evin zirzəmisində asıb.

İntiharın səbəbi məlum deyil.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti