...

Bakıda həyat yoldaşını bıçaqlayan şəxsə hökm oxundu

Hadisə Materials 2 Mart 2017 15:48 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını bıçaqlamaqda təqsirləndirilən Bakı şəhər sakini Fərhad Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Bakıda həyat yoldaşını bıçaqlayan şəxsə hökm oxundu

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını bıçaqlamaqda təqsirləndirilən Bakı şəhər sakini Fərhad Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Trend-in məlumatına görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə F.Hüseynov 1 il azadlıqdan məhrum edilib.

İttihama görə, ötən ilin iyul ayında paytaxtın Xəzər rayonu, Şüvəlan qəsəbəsində qəsəbə sakini, 1972-ci il təvəllüdlü Fərhad Hüseynov həyat yoldaşı, 1971-cı il təvəllüdlü Rəna Hüseynovanı bıçaqlayıb. Xəstəxanaya çatdırılan R.Hüseynova dərhal əməliyyat olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti