...

Xırdalanda mənzildən meyit tapılıb

Hadisə Materials 4 Aprel 2017 16:31 (UTC +04:00)
Bakıda mənzildən 74 yaşlı kişinin meyiti tapılıb.
Xırdalanda mənzildən meyit tapılıb

Bakı. Trend:

Bakıda mənzildən 74 yaşlı kişinin meyiti tapılıb.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Abşeron rayonu, Xırdalan şəhərində mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1943-cü il təvəllüdlü Əliyev Namiq Kamalpaşa oğlunun meyitini aşkar edərək aidiyyati üzrə təhvil veriblər.

Əməliyyat saat 15:48-də başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti