...

Abşeronda qardaşını bıçaqlayan şəxsə 6 il cəza verildi

Hadisə Materials 10 Aprel 2017 16:33 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qardaşını bıçaqlamada təqsirləndirilərək həbs edilən Abşeron rayon sakini Kamran Əlicanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Abşeronda qardaşını bıçaqlayan şəxsə 6 il cəza verildi

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qardaşını bıçaqlamaqda təqsirləndirilərək həbs edilən Abşeron rayon sakini Kamran Əlicanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə K.Əlicanov 6 il azadlıqdan məhrum edilib.

İttihama görə, 2016-cı ilin iyul ayında Abşeron rayonu Qobu qəsəbəsində, qəsəbə sakini 39 yaşlı Kamran Əlicanov qardaşı Qılman Əlicanovla mübahisə edib və nəticədə K. Əlicanov qardaşını bıçaqlayıb. Xəstəxanaya çatdırılan Q.Əlicanovu xilas etmək mümkün olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti