...

İmişlidə "Mercedes" yanıb

Hadisə Materials 21 May 2017 15:57 (UTC +04:00)
İmişli rayonu, Telişli kəndində yanğın qeydə alınıb
İmişlidə "Mercedes" yanıb

Bakı. Trend:

İmişli rayonu, Telişli kəndində yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, İmişli rayonu, Telişli kəndində vətəndaşa məxsus "Mercedes" markalı minik avtomobilinin salonu və mühərrikində elektrik avadanlıqları yanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 11:51-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti