...

Boksçumuz Avropa çempionatında bürünc medal qazanıb

İdman Materials 25 Aprel 2024 22:19 (UTC +04:00)
Boksçumuz Avropa çempionatında bürünc medal qazanıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan boksçusu Malik Həsənov Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatında yarımfinal döyüşünə çıxıb.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, 63,5 kq çəkidə mübarizə aparan yığma üzvü moldovalı Alexandru Parasçivlə qüvvəsini sınayıb.

Görüşdə rəqib finala yüksəldiyindən Həsənov Avropa çempionatını bürünc medalla başa vurub.

Qeyd edək ki, bu gün Alfonso Dominqes (92 kq) də yarımfinalda mübarizə aparacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti